"Yumurta defisitinin səbəbi odur ki, ölkədə böyük quş qırğını oldu və bunu da gizlətdilər"

26-10-2018, 00:03           
"Yumurta defisitinin səbəbi odur ki, ölkədə böyük quş qırğını oldu və bunu da gizlətdilər"
Bir neçə gündür ki, vətəndaşlar mağazalardakı yumurta qıtlığı ilə bağlı şikayət edirlər. Vətəndaşlar bildirirlər ki, mağazalarda ya yumurta olmur, ya da gün ərzində az sayda satışa çıxarılan yumurtalar bir neçə saatın içində satılıb qurtarır. İkinci bir məsələ isə mağazalarda ümumiyyətlə kənd yumurtasının olmamasıdır.

Teref.az xəbər verir ki, moderator.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün axşam saatlarında bir neçə mağazadan yumurta olub-olmamasını soruşub. Satıcıların bir neçəsi gündüz vaxtı mağazaya gətirilən yumurtaların satıldığını bildirib. Digərləri isə ümumiyyətlə mağazaya bir neçə gündür ki, yumurta gətirilmədiyini bildiriblər. Satıcılar əməkdaşımıza cavablarında isə bunun səbəbini bilmədiklərini deyiblər.

Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. E.Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu gün ölkədə yumurta defisiti var:

“Ölkədə bu gün yumurta defisiti var. Bunun səbəbi odur ki, ölkədə böyük quş qırğını oldu və bunu da cəmiyyətdən gizlətdilər. İkinci səbəb isə quş yemlərinin qiymətinin bahalaşmasıdır. Bununla yanaşı əhalinin tələbatında da artım var. Bu yaxında Qusarda yumurtanın bir ədədinin qiymətini 35 qəpiyə gördüm və məttəl qaldım. Kənd toyuqlarının bu saat az yumurtayan vaxtıdır və ona görə də kənd yumurtasını da mağazalardan əldə etmək çətinləşib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.