"Bank VTB"dən fantastik zərər: 250 milyon manat

26-10-2018, 20:37           
"Bank VTB"dən fantastik zərər: 250 milyon manat
"Bank VTB Azərbaycan" ASC 30 sentyabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin üçüncü rübü üzrə cəmi aktivləri 144 mln. 371 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə azdır. Cari ilin ikinci rübü ilə müqayisədə isə aktivlərdə 15,3% artım qeydə alınıb.

"Bank VTB Azərbaycan"ın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə və ya 223 mln. 761 min manat azalaraq 55 mln. 477 min manata düşüb. Rüb ərzində isə müştərilərə verilmiş kreditlərdə 9,8% azalma qeydə alınıb.

Bankın cəmi öhdəlikləri 1 il ərzində 3,9 dəfə azalaraq 89 mln. 606 min manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə cəmi öhdəliklərin tərkibində depozitlərin həcmi 22,5% və ya 9 mln. 132 min artıb və 49 mln. 631 min manata çatıb. 2018-ci ilin ikinci rübü ilə müqayisədə isə depozit portfelində 5,4% azalma qeydə alınıb.

"Bank VTB Azərbaycan"ın cəmi kapitalı 2018-ci ilin 30 sentyabr tarixinə 54 mln. 764 min manat təşkil edib. Bu isə ötən ilin sentyabr göstəriciləri ilə müqayisədə 44,6% çoxdur.

2018-ci ilin yanvar-sentyabr aylarında bankın xalis əməliyyat zərəri 19 mln. 707 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 231 mln. 139 min manat ayırıb. Beləliklə bank ilin ilk 9 ayını 250 mln. 847 min manat xalis zərərlə başa vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.