Dəmiryolu vağzalında "Xiomi"inin rəsmi dilerini açdılar, ancaq... - Kampaniya, yoxsa fırıldaq?

27-10-2018, 08:17           
Dəmiryolu vağzalında "Xiomi"inin rəsmi dilerini açdılar, ancaq... - Kampaniya, yoxsa fırıldaq?
"Oktyabrın 24-də saat 18-00-da 28 May metrostansiyasının yanında Dəmiryolu vağzalının binasında "Xiomi"nin yeni rəsmi dilerinin açılışı olub

Telefonların qiyməti -də əlverişli. Yalnız kreditlə birkart vasitəsilə satışını həyata keçirirdikləri üçün rəsmi dillerin təmsilçisi olduğunu bildirən "WestTelecom"un (Bəzən isə "İnteqral" adlı şirkətin adını çəkirlər) 077 444 11 11 nömrəsi ilə dəfələrlə telefon danışığımız da olub".

Bu sözləri Mia.az-a saytda adının açıqlanmasını istəməyən Bakı sakinlərindən biri deyib.

Onun sözlərinə görə, bu gün nahar fasiləsində birkart alıb, həmin satış məntəqəsinə yaxınlaşıb:

""Xiomi S2 4gb 64gb" telefonunun üstündə 339 manat yazılmışdı. Telefonun qiymətini komputelə hesablayan qız nəyinsə yanlış olduğunu dedi. Öncə qiyməti hesabladı ki, telefonun maya dəyəri 345 manatdır (203$), təcili "Vest telekom"a zəng etdilər. Öncə satışı dayandırdılar. Sonra dedilər ki, narahat olmayın, 10-20 manat qiymət qalxacaq. "Vesttelekom"dakılar da sağ olsunlar, həmin telefonun qiymətini qaldırıb elədilər 389 manat".

Bakı sakini deyir ki, əgər bütün mağazalarda "Xiomi"nin qiyməti eyni olacaqdısa, onda bu dileri açmağa nə ehtiyac olub:

"İkinci üzərində yazılan qiymətlər yanlış deyildi. Kampaniya qiyməti idi. İki günlük kampaniya isə bu gün 19.00-a qədər olmalı idi.

3-cü, əgər qiymət yanlışlığı olubsa və bu, mənim sayəmdə üzə çıxıbsa, ən azından mənə təşəkkür etməli, o qiymətdən sata bilərdilər...".

Şikayətçi ümid edir ki, rəsmi diller və şirkət onun iradlarını nəzərə alacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.