Balı belə yeməyin! - 5 səhv

30-10-2018, 07:59           
Balı belə yeməyin! - 5 səhv
Bal olduqca faydalı və müalicəvi məhsuldur.

Balın güclü iltihab, virus və mikrob əleyinə təsiri var. Lakin baldan fayda almaq üçün onu düzgün istehlak etmək lazımdır.

Axar.az Sağlamolun.az-a istinadən balın istehlakı ilə bağlı olan 5 ən yayılmış səhv haqqında məlumat təqdim edir.

1. Balı acqarına yemək olmaz. Bu mədəni qıcıqlandırır, insulinin kəskin şəkildə qalxmasına səbəb olur.

2. Balı digər məhsullarla qarışdırmaq, sıyıq, kəsmik və s. qidalara əlavə etmək olmaz. Balı digər məhsullardan ayrı yemək lazımdır.

3. Balı qaşıqla deyil, suda həll edib qəbul etmək ən faydalı sayılır.

4. Gün ərzində çox bal yemək olmaz, 2-3 çay qaşığı kifayətdir.

5. Balı qızdırmaq, qaynar suya salmaq olmaz. Bu halda bal orqanizmə toksin kimi təsir edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru