“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nə dəyişiklik edilib

31-10-2018, 07:17           
“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nə dəyişiklik edilib
Nazirlər Kabineti “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nə dəyişiklik edib.

"Report"un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli qərarında dəyişiklik edilməsi barədə ölkə Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi”nin beşinci abzasında “vergi öhdəliklərinin icrasına nəzarət” sözləri “Rəqəmsal vergi inzibatçılığı” sözləri ilə əvəzlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru