Razim Məmmədovun adamı həbsdən qurtuldu, işdən çıxarıldı - İcra hakimiyyətinin saytında adı qalıb

1-11-2018, 13:00           
Razim Məmmədovun adamı həbsdən qurtuldu, işdən çıxarıldı - İcra hakimiyyətinin saytında adı qalıb
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı bir müddət öncə xəbər yayılan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlunun işdən çıxdığı məlum olub.

Teref.az yazır ki, bu barədə Axar.az-a Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən məlumat verilib.

MKTB-dən bildirilib ki, hazırda onlarda X.Məmmədov adlı şəxs çalışmır: “Xalid Məmmədov bir müddətdir ki, burada çalışmır. Hazırda onunla bağlı heç bir məlumatımız yoxdur”. Maraqlıdır ki, Xətai Rayon İcra Hakimiyyətinin rəsmi saytının Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə aid bölməsində X.Məmmədovun adı hələ də rəis müavini kimi qalmaqdadır.

Xatıqladaq ki, rəis müavini Məmmədov Xaliq Faiq oğlunun Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edildiyi barədə bir müddət öncə mediada məlumat yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.