Paytaxtın mənzil bazarında qiymətlər dəyişdi

2-11-2018, 07:47           
Paytaxtın mənzil bazarında qiymətlər dəyişdi
2018-ci ilin sentyabr ayında Bakıda yeni mənzillərin qiymətində ucuzlaşma, köhnə mənzillərin qiymətində isə bahalaşma qeydə alınıb.

Publika.az xəbər veir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 3.29 faiz olub.

Ekspert ay ərzində ilkin mənzil bazarında qiymətlərin 1.41 faiz azalma olduğunu qeyd edib.

N.İbrahimovun sözlərinə görə, Bakıda yeni binaların tikintisində artım dayanıb. O qeyd edib ki, əvvəlki aylarda hər ay yeni bina bünövrələri qoyulurdu, lakin son 1 ay ərzində təzə bina bünövrəsi qoyulmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru