“Necə olur 2015-ci ildə adı da çəkilmədi, indi ruhi xəstə oluram?” - GİLEY

5-11-2018, 11:54           
“Necə olur 2015-ci ildə adı da çəkilmədi, indi ruhi xəstə oluram?” - GİLEY
Gəncə şəhər sakini Sənan Verdiyev 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul ola bilmədiyi üçün redaksiyamıza müraciət edib.

Şikayətçi “Qafqazinfo”ya bildirib ki, birinci qrup əlil olduğundan 2015-ci ildə mərkəzdə reabilitasiya keçib. 2 il sonra yenidən müraciət etsə də, sənədləri qəbul olunmayıb. Səbəb kimi isə ruhi dispanserdə qeydiyyatda olması göstərilib:

“Epilepsiyam olduğu üçün 1999-cu ildə ruhi dispanserdə qeydiyyatdan keçmişəm. Bunu səbəb kimi göstərib məni mərkəzə qəbul etmirlər. Bəs necə olur 2015-ci ildə heç bunun adı da çəkilmədi, indi ruhi xəstə oluram?”

Məsələylə bağlı 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin əməkdaşı İlhamə Məmmədova “Qafqazinfo”ya bildirib ki, 2015-ci ildə mərkəzə qəbul sənəd əsasında olunurdu. Hazırda isə qəbul göndəriş əsasında aparılır:

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndəriş olmasa, bizim kimisə mərkəzə qəbul etmək ixtiyarımız yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru