Körpü-Bina-Tikinti MMC Lerik sakinlərinə nə qədər "atıb"?

12-11-2018, 00:01           
Körpü-Bina-Tikinti MMC Lerik sakinlərinə nə qədər "atıb"?
Bir qurup Lerik sakini dosye.org saytın elektron ünvanına şikayət məktubu ünvanlayıb. Vətəndaşlar iddia edirlər ki, onların hüquqları tapdalanıb və müraciət etdikləri qurum münasibət bildirmək əvəzinə susur. Şikayət məktubunda deyilir:

Belə ki, Lerikdə su konalzasiya sisteminin yenidən qurulması məqsədi ilə 2016-ci il "Körpü Bina" tikinti şirkəti fəaliyyətə başlayıb. Biz 13 nəfər həmən şirkətdə işləməyə başladıq. Yəni, bazar günləri istirahət günü olsada bir qismət şörək pulu üçün fasiləsiz işlədik. Ən azından düşünürdük ki, işlədiyimiz əmək haqqını alarıq. Necə deyərlər sən saydığını say, gör fələk nə sayır..

Lakin 2018-ci ilin oktyabr ayında şirkət nümayidələri bizim savadsızlığımızdan istifadə edərək, rayonda müfəqqəti nümayindələrinə göstəriş veriblər ki, təcili işçilərdən ərzə alınmalıdır. Lerikdə olan nümayində Fərziyev Vaqif Söhbət oğlu bizə söz verdi ki, ərzələri yazın sizin bütün əmək haqlarınız ödəniləcək.

Sonradan məlum oldu ki, yazdığımız ərzələr birbaşa özümüzə qarşı imiş. Yazdığımız ərzələrdən sonra bizə bir manat belə ödənilməyəcəklərini bildirdiər. Xahiş edir ki, bizə qarşı olan haqsızlıqlara son qoyulsun. Bunların bu cür əmələri Lerik sakinlərini hiddətləndirib. İnanırıq ki, yazdığımız şikayət məktubu aidiyyətli qurumlara çatdırılacaq.

Dosye.org olaraq bildirik ki, Lerik rayonunda vətəndaşların haqlı narazılıqları aidiyyətli qurumlar tərəfindən araşdırılacaq və bu barədə lazımı qurumlara məktub ünvanlanacaq.

1)Qəmbərov Baladadaş Bəbir oğlu

2)Rüstəmov Anar Şamil Oğlu

3)Rzayev BaləddinSərhəng oğlu

4)Məmmədov İlham İlqar oğlu

5)Abbasov Seymur Şahmar oğlu

6)Mövlanov Fikrət Xaniş oğlu

7)Rzayev Rasim Həmzə oğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.