Çox pul qazananlar... daha bədbəxt imiş

13-11-2018, 07:56           
Çox pul qazananlar... daha bədbəxt imiş
Belçikada 4 il davam edən “Beynəlxalq Xoşbəxtlik Araşdırması”na görə, çoxlu miqdarda pul səadət gətirmir. Aylıq gəliri 4 min 500 avrodan artıq olan şəxslər aşağı qazanclı şəxslərlə müqayisədə özlərini daha bədbəxt hiss edirlər.

Gent Universitetinin sağlamlıq üzrə mütəxəssisi professor Lieven Annemans və heyəti tərəfindən həyata keçirilən araşdırmaya görə, Belçikada orta hesabla aylıq gəlir 1716 avrodur. Cəmiyyətin beşdə biri ayda 1000-1500 avro ilə dolanır. Araşdırmaya görə, 2000-3000 avro aylıq gəlirə sahb olanlar özlərini xoşbəxt hiss edirlər. Ortalamanın altında bir gəlirə sahib olanlar yetərincə xoşbəxt deyil. Amma araşdırmanın ən ağlasığmaz detalı ən çox qazanan insanların özlərini daha çox bədbəxt hiss etməsidir.

Aylıq 4 min 500 avro və ondan artıq qazanca sahib olanlar yaşam şərtlərindən daha az məmnundular. Bu kəsim az qazananlarla müqayisədə özlərini daha çox bədbəxt hiss edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru