Yumurta, yoxsa plastik top? - Bakıda qeyri-adi hadisə - Video

25-02-2019, 08:16           
Yumurta, yoxsa plastik top? - Bakıda qeyri-adi hadisə - Video
Mağazadan yumurta alıb evinə apardı, ancaq qaynadılandan sonra yerə atanda plastik top kimi havaya qalxdı. Bu qeyri-adi hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Görüntülər bu yumurtanın tərkibinin nədən ibarət olması və onun insan sağlamlığına nə dərəcədə zərərli olması məsələsini yenidən gündəmə gətirir.

Həmin yumurtanın sarı hissəsi sanki plastik topu xatırladır. Rəngi sarı olmaq əvəzinə ağ olan yumurtanın ortasındakı bu hissə yerə vurulanda belə dağılmayaraq, top kimi havaya qalxır.

Görüntülər Sabunçu rayonu Şuşa qəsəbəsində yaşayan vətəndaşlardan birinin evində qeydə alınıb.

Qəsəbə sakini Ramil Cəlilov mağazadan aldığı yumurtanın normal məhsul olmasından şübhələnib və onu yoxlamaq qərarına gəlib. Ortaya isə belə görüntülər çıxıb.

Ramil Cəlilov bildirir ki, bundan sonra yumurta alıb yeməyə artıq ehtiyat edir.

Qida eksperti İsa Əliyev isə bildirir ki, görüntüdəki yumurta inqubator yumurtasıdır. Bu yumurta doğru şəraitdə saxlanılmayıb və keyfiyyətsiz məhsul hesab edilir. Onun satışı bu halda həyata keçirilməməlidir. Odur ki, belə yumurtalardan istifadə insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru