“Beynəlxalq Bank işi” üzrə məhkum olunmuş şəxsə rəhbər VƏZİFƏ VERİLDİ

28-02-2019, 16:49           
“Beynəlxalq Bank işi” üzrə məhkum olunmuş şəxsə rəhbər VƏZİFƏ VERİLDİ

Azərbaycan Sənaye Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

Teref.az finans.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Kənan Orucov təyin edilib.

Bankdan verilən məlumata görə Kənan Orucov 23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir.1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir.

Onuda qeyd edək ki, Kənan Orucov məşhur Beynəlxal Bank işinin fiqurantlarından biri olub. O, 2015-ci ildə həbs olundu və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldı. Lakin 2016-cı ilin fevralında Nərimanov Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Orucov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirli bilinib, şərti cəza aldı. Hazırda sınaq müddəti başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru