Əlavə ödənilən pullar nə zaman qaytarılacaq? - “Bir qədər təmkin…” - Bankdan əhaliyə MÜRACİƏT

1-03-2019, 17:23           
Əlavə ödənilən pullar nə zaman qaytarılacaq? - “Bir qədər təmkin…” - Bankdan əhaliyə MÜRACİƏT
Ötən gün Prezident İlham Əliyev problemli kreditlərin həllinə dair Fərman imzalayıb.

Fərman 10 min dollara qədər olan, 2012-ci ildən 28 fevral 2019-cu ilə qədər alınmış 10 min manatadək dollar, 17 min manatadək manat kreditlərini əhatə edir. Sərəncamdan irəli gələn müsbət məqamlardan biri də manatın devalvasiyadan sonra götürülən krediti yüksək məzənnə ilə ödəyib bitirənlərin əlavə ödədiyi vəsaitin geri qaytarılmasıdır. Prezidentin bu sərəncamı cəmiyyətdə kifayət qədər müsbət qarşılanıb.

Cebhe.info-nun vətəndaşların ödədiyi vəsaitlərin nə zaman və hansı şərtlərlə qaytarılacağına dair sorğusuna “Unibank” ASC-dən belə cavab verilib:

“Prezident Fərmanında da qeyd olunduğu kimi, dollar kreditləri üzrə kompensasiyaların ödənilməsi ilə bağlı mexanizm 15 gün ərzində, kompensasiya ödəniləcək şəxslərin siyahısı isə 45 gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatası, banklar və Mərkəzi Bankla birlikdə hazırlanacaq. Bu müddətədək sizdən bir qədər təmkinli olmağınızı xahiş edirik. Siyahı hazır olduqdan sonra bank özü müştəriləri məlumatdıracaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru