Nazirin qardaşı oğlu təyyarə ilə qəza törətdi -VİDEO

3-03-2019, 08:57           
Nazirin qardaşı oğlu təyyarə ilə qəza törətdi -VİDEO
Fevralın 25-də Bakıdan havaya qalxan və Moskvanın “Şeremetyevo” hava limanında qəzalı eniş edən “Qolfstrim” biznes-jet təyyarəsinin yeni görüntüləri yayılıb.

Faktaz.com xəbər verir ki, təyyarənin qəza enişini əks etdirən kadrlar müşahidə kamerası tərəfindən lentə alınıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 3 sərnişin - Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskaya və 3 ekipaj üzvü olub - Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayeva.

Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlamışdı.
Faktaz.com olaraq bildirmək istəyirik ki, təyyarədə olan Asif Ələkbərov keçmiş nazir Füzuli Ələkbərovun qardaşı oğludur . Eyni zamanda Asif Ələkbərov IMPOTEX şirkətlər qrupunun rəhbəridir. Mötəbər bənbədən əldə etdiyimiz daha bir məlumata görə Asif Ələkbərov öz keyfi - işrət məsələləri üçün təyyarəni bir günü 30 min ABŞ dollarına icarəyə götürüb. Xatırladaq ki, bu Jet dən hava limanımızda cəmi 8 ədəd var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru