Azərbaycanın ailə institutundakı böhranın STATİSTİKASI - 283 min 420 uşaq...

4-08-2019, 20:12           
Azərbaycanın ailə institutundakı böhranın STATİSTİKASI - 283 min 420 uşaq...
Azərbaycanda son 12 ildə nikahdankənar 283 min 420 uşaq doğulub.

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat veriblər. Rəqəmlər 1907-ci ildən etibarən nikahdankənar doğulan uşaqların sayı ilə bağlı illər üzrə təqdim olunub.

Maraqlıdır ki, belə uşaqların ümumi statistikasında, qızlarla müqayisədə oğlan uşaqlarının sayı daha çoxdur. Bu tendensiya son 3 ilin statistikasında daha qabarıq nəzərə çarpır. Belə ki, 2016-cı ildə rəsmi qeydə alınmamış nikahdan doğulan 26 min 288 uşaqdan 13 min 767-si oğlan, 12 min 521-i qız olub. 2017-ci ildə doğulan 22 min 796 belə uşaqdan 11 min 796-nı oğlanlar, 11 minini qızlar təşkil edib. 2018-ci ildə isə doğulan 20 min 716 belə uşaqdan 10 min 777-si oğlan, 9 min 939-u qız olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru