Vergilərdən 150 milyon manatlıq güzəşt

7-08-2019, 08:07           
Vergilərdən 150 milyon manatlıq güzəşt
Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən “Yeni Sabah”a daxil olan xəbərə görə, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya üzrə işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.

İlin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru