Keçmiş nazirin şirkəti - 12 MİLYONLUQ MÜQAVİLƏ QAZANDI

19-10-2019, 12:57           
Keçmiş nazirin şirkəti - 12 MİLYONLUQ MÜQAVİLƏ QAZANDI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi böyük məbləğli tenderinin qalibi bəlli olub.

FED.az xəbər verir ki, kommunal təyinatlı maşın və mexanizmlərin alınması üzrə keçirilən tenderin qalibi "İmprotex Trucks and Buses" MMC şirkəti olub. Departament ilə "İmprotex Trucks and Buses" MMC arasında 12 milyon 436 min 322 manat məbləğində müqavilə bağlanıb.

Dia.az xatırladır ki, "İmprotex Trucks and Buses" MMC keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.