İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq

9-05-2025, 16:48           
İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq
"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2045-ci ilə qədər xeyriyyə fonduna 200 milyard dollar ayıracağını açıqlayıb.
"Reuters" xəbər verir ki, 69 yaşlı Bill Qeyts beynəlxalq yardım büdcələrinin kəsilməsinə görə İlon Maskı günahlandıraraq, bu qərarı verdiyini bildirib.

Onun sözlərinə görə, bu cür kəsintilər dünyanın ən kasıb uşaqlarının ölümünə səbəb olur.

Qeyts baş verənlər fonunda bütün sərvətini daha sürətlə xeyriyyə məqsədləri üçün xərcləmək qərarına gəldiyini bildirib.

O, öz fondunun 2045-ci il dekabrın 31-də, yəni planlaşdırılandan daha tez bağlanacağını açıqlayıb.

Qeyts ümid edir ki, ayrılan bu vəsait poliomielit və qızdırma kimi xəstəliklərin aradan qaldırılmasına, qadın və uşaqların ölüm hallarının qarşısının alınmasına və qlobal yoxsulluğun azaldılmasına töhfə verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru