Salyan OİL şirkətinin fəhlələri AYAĞA QALXDI - Yzlərlə işçi etiraz aksiyasına qoşuldu

15-01-2020, 16:58           
Salyan OİL şirkətinin fəhlələri AYAĞA QALXDI - Yzlərlə işçi etiraz aksiyasına qoşuldu
Səhər saatlarında “Salyan OİL” Əməliyyat Şirkətinin 200 nəfərə yaxın fəhləsi qurumun Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçiriblər.

Teref.az xəbər verir ki, Virtualaz.org-un Şirvan bürosunun yaydığı məlumatına görə, fəhlələr bütün əməliyyat şirkətləri arasında ən az əmək haqqı aldıqlarının bildirərək maaşlarının qaldırılmasını tələb ediblər. 2 saata yaxın davam edən aksiyadan sonra etirazçı fəhlələrin 7 nəfər nümayəndəsi rəhbərlik tərəfindən qəbul edilib. Müzakirələr nəticəsində əldə olunmuş razılığa görə, şirkət rəhbərliyi 2 gün ərzində fəhlələrə görə biləcəyi tədbirlər barədə məlumat verəcək.

Qeyd edək ki, hazırda müəssisədə 900 nəfərə yaxın işçi çalışır, sutkalıq neft hasilatı 600-700 ton, fəhlələrin orta aylıq əmək haqqı isə 450-500 manatdır.

Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru