"Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz?" - GİLEY

18-05-2020, 15:27           
"Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz?" - GİLEY
"Səhər tezdən Binəqədidə qaz kəsilib. O qədər özbaşınalıqdlr ki, kimin ürəyi nə vaxt istəyir qazı kəsir". DİA.AZ bildirir ki, bu barədə vətəndaşlar "facebook" sosial şəbəkəsində gileylərini paylaşıblar.

Daha sonra vətəndaş narazılığı belə ifadə olunur: "Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz, "Azəriqaz"? Bunların əməllərini ictimailəşdirməsən, dünya veclərinə deyil.

Zəng vurduğum telefonların heç birinə də cavab verən yoxdur.

Ya işə gəlmirlər, ya da ümumiyyətlə, telefonu xətdən çıxarıblar".

Dia.az bildirir ki, Binəqədidə təbii qaz təminatında problemlərin mövcudluğu ilə bağlı daha bir neçə nəfər narazılığını bildirib.

Məsələ ilə bağlı "Azəriqaz"ın da mövqeyini paylaşmağa hazırıq...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru