60 yaşdan yuxarı şəxslər sosial yardımın təyin olunması zamanı nəzərə alınmayacaq

18-05-2020, 15:55           
60 yaşdan yuxarı şəxslər sosial yardımın təyin olunması zamanı nəzərə alınmayacaq
Azərbaycanda ahılların (60-75 yaşlı şəxslər) sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər sırasından çıxarılması təklif olunur.

“Report”un xəbərinə görə, bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik edilir.

Qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru