Bu müəllimlərə yenidən şans verilir

19-05-2020, 00:06           
Bu müəllimlərə yenidən şans verilir
Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq mayın 19-u saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.

Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.

Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru