Jurnalist xanım Kənd Təsərrüfatı naziri və Qida Təhlükəsizliyi Agentliyinin sədrinə müraciət etdi... FOTO
19-05-2020, 08:44

Teref.az yazır ki, jurnalist Aida Eyvazlı Kənd Təsərrüfatı naziri və Qida Təhlükəsizliyi Agentliyinin sədrinə bəzi övsiyələrdə bulunub. Xanım jurnalisitin tövsiyələrini diqqətinizə çatdırırq:
Koronovirusun sınaq dönəmini ötdük. Yeni bir Dataizm dövrünə qədəm qoyduq. dataizm dövründəki ilk məktubumu Kənd Təsərrüfatı naziri İnam Kərimova və Qida Təhlükəsizliyi Agentliyinin sədri
Qoşqar İlahi oğlu Təhməzliyə ünvanlayıram.
Hörmətli İnam müəllim!
Hörmətli Qoşqar müəllim!
İnanıram ki, mənim müşahidə etdiyim qeydlərimə siz biganə qalmayacaqsınız.
Bir az uzaqdan başlamaq istəyirəm. Koronovirus dönəmindən əvvəl Avstriyada olan meşə yanğınları zamanı həmin hadisədə yanan heyvanlara yazığımız gəldi. Qəlbində mərhəmət hiss olan hər bir insan o heyvanların acı taleyinə açıdı.
Əfsuslar olsun ki, Azərbaycan reallığında mal-heyvan saxlayan və ya mal -heyvan kəsib satan insanların əksəriyyəti bəsləyib satdıqları heyvanlara qarşı çox mərhəmətsiz davranırlar. Ətrafımızda olan hər kəs belə bir mənzərənin hər gün şahidi olur. Məhəllə və küçələrdə, tinlərdə fəaliyyət göstərən qəssabxanaların qarşısında 15 sm iplə dirəyə bağlanmış dana və iribuynuzlu malları, bir qəfəsin içərisində saxlanan 10-20 qoyunu görmüşük. Hətta rayonlardan şəhərə qayıdarkən yol kənarındakı qəssabxanaların böyründəki qəfəslərdə günün istisində, qışın soyuğunda ac-susuz saxlanan, öz kəsimlərini gözləyən bədbəxt heyvanları çox müşahidə edirik.
Bu günlərdə 20-ci sahədə yenə iki dananın 20 sam-30 sm uzunluğunda qalın iplə dirəyə bağlandığını gördüm. Sahibinə deyirəm ki, bunu nə zaman kəsəcəksiniz? Cavab verdi ki , sabah. Soruşdum ki, bəs sabaha qədər bu belə ayaq üstə qalacaq. Deyir ki, "heyvandır də... nə olsun...".
Hörmətli İnam müəllim.
Yəqin ki, rəhbərlik etdiyiniz nazirlikdə zooloqlar və bioloqlar, bu sahə ilə məşğul olan mütəxəssislər də fikirlərimi təsdiq edər ki, heyvana əziyyət veriləndə, qorxanda onun beynindən ifraz olunan hormonlar qanını zəhərləyirlər. Sonra da belə zəhərlənmiş heyvanları biz şəhərdə yaşayanlar, rayonlardan şəhərə gələn alıcılar fərqinə varmadan alırıq və bişirib yeyirik.
Hörmətli Qoşqar müəllim!
Bu ilin fevral ayında Bosniya və Hersoqovinya Respublikasında səfərdə idim. Orada yediyim mal əti məhsullarının dadı daha fərqli idi. Mütəxəssislərdən soruşduğumda məlum oldu ki, bu ölkədə heyvan kəsimi və baxımı innovasiya texnologiyalarına uyğun, səliqəli şəkildə həyata keçirilir. Mən Bosniyada olanda xəbər tutdum ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da burada olublar. Onların təcrübəsindən yararlanıblar. əgər o təcrübələri öyrənib başa çatdırıblarsa, artıq tətbiqinə başlasınlar.
İnam müəllim, Qoşqar müəllim! Bilirəm kənd təssərüfatı sahəsində, qida təhlükəsizliyi sahəsində problemlərimiz çoxdur. Lakin bu məsələni də diqqətə götürsəniz çox gözəl olar. Bir qayda olaraq, heyvanlara əziyyət verən satıcılar, mal bəsləyənləri böyük miqdarda cərimə etsəniz, internet resurslarında əhalinin və mal-heyvan satanların maariflənməsi üçün roliklər hazırlayıb, onları mariifləndirmək sahəsində layihələrə dəstək versəniz bu çox gözəl olar. Ümumiyyətlə isə heyvanlarla sərt davrananlar haqqında qanunun sərtləşdirilməsi üçün qaydalar müəyyən edilsə bu çox yaxşı olar.
Əlbəttə mal-heyvan kəsilib yemək üçündür. Saxa türkləri heç zaman özlərinə lazım olandan artıq heyvanı kəsmirlər. Və heyvanları, meşələri belə incitmirlər ki, bu Tanrının insana verdiyi ruzidir. Ruziyə kəm baxanda uçub gedir.
Hörmətlə, jurnalist Aida Eyvazlı.
Teref.az olaraq adları çəkilən qurumların mövqeyini dərc edə bilərik!
Teref.az

