“Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə hazırda baxılmır” - Prezidentin köməkçisi

3-07-2020, 19:03           
“Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə hazırda baxılmır” -
“İlkin tədbirlər paketi zamanı pandemiya dövründə kreditlərə dair güzəştlər verilməsi məqsədəuyğun hesab olunmuşdu. Bu məsələnin bank sektoru və özəl sektor arasında əməkdaşlıqla həllini tapması yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisinin sözlərinə görə, ola bilər ki, gələcəkdə dövlət də bu istiqamətdə paketlərə baxsın: “Ancaq hazırda belə paketə baxılmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.