Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR

24-09-2020, 00:35           
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? –
2020-ci ilin yanvar-sentyabr aylarında Qazax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 433 min 912 manat olan 14 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tenderi Qazax rayon İcra Hakimiyyəti keçirib. İdarə 7 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 7 tenderin ümumi məbləği 2 milyon 43,6 min manat olub.
Bundan başqa, rayonda Qazax Müalicə Diaqnostika Mərkəzi, Qazax Şəhər Mənzil İstismar Sahəsi və Qazax rayon Psixiatriya Xəstəxanası tenderlər keçirib.

Rayonda keçirilən 14 tenderdən 10-un "Azərtranss" MMC və “Tədarük AS” MMC qazanıb. "Azərtranss" MMC-nin qazandığı 5 tenderin ümumi məbləği 2 milyon 133,9 min manat, “Tədarük AS” MMC-nin qazandığı 5 tenderin ümumi məbləği isə 109 min manat olub.

Təkcə "Azərtranss" MMC-nin qazandığı 5 tenderin məbləğinin cəmi rayonda keçirilən bütün tenderlərin məbləğinin cəminin 88%-ni təşkil edir.

Teref.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qazax rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru