Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb

21-01-2021, 20:06           
Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır -
abiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olan və 11 oktyabr 2018-ci ildə Londonda qeydiyyatdan keçən “MEA Capital Limited” şirkəti 3 ay əvvəl – 6 oktyabr 2020-ci il tarixində fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, şirkətlə bağlı bütün məlumatlar 6 ay sonra – 31 iyul 2021-ci il tarixində reyestrdən silinəcək.
Məlumat üçün bildirək ki, ötən ilin iyun ayında İngiltərənin nüfuzlu mətbuat orqanı “The Guardian” Anar Mahmudovun İngiltərədə milyonluq mülklər aldığını yazıb. “The Guardian” həmçinin yazıb ki, Eldar Mahmudovun oğlu və eyni zamanda da hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin kürəkəni olan Anar Mahmudov bununla bağlı maliyyə istintaqçılarına ifadə verib.
Qeyd edək ki, “MEA Capital Limited” Londonda Anar Mahmudova məxsus yeganə şirkət olsa da, onun Bakıda və başqa ölkələrdə də çoxsaylı şirkətləri var.
Anar Mahmudovun eyni zamanda Azərbaycanda, Lüksemburqda, İspaniyada və Türkiyədə şirkətləri var. Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC və "Kristal İnşaat" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi olaraq qeyd olunur. Eyni zamanda Anar Mahmudovun “Caspian Crystal Holdinq”in İdarə heyətinin sədri olduğu göstərilir. Yuxarıda adları qeyd olunan “Kristal İnşaat” MMC, həmçinin “Crystal Med” MMC “Caspian Crystal Holdinq”lə eyni ünvanda yerləşir. Bunlardan başqa Anar Mahmudov Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4 şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.", "Macent Invest Group SL" və "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.