“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev canlı bağlantıda biabır oldu

22-01-2021, 19:24           
“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev canlı bağlantıda biabır oldu
Bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev facebook üzərindən canlı bağlantı quraraq abonentlərin suallarını cavablandırıb.

Bağlantı zamanı yüzərlə insan baş direktoru tənqid edib. Belə ki, paytaxtda və bölgələrdən olan izləyicilər yaşadığı ərazidə qazın olmaması və yaxud aşağı təziqlə verilməsində şikayətləniblər. Ruslan Əliyev isə sualları oxuyaraq cavab vermək əvəzində müxtəlif bəhanələr gətirərək suallardan yayınıb.

Canlı bağlantı zamanı şikayətlərin çoxluq təşkil edildiyini görən qurumda çalışan admin heyəti dərhal şikayət məzmunlu verilən sualların silinməsi prosesi həyata keçiriblər.

Bu hal bir necə dəfə təkrar olunsada abonentlər təkrar suallarını yazıb göndəriblər.

Baş direktor bu şikayətlərin qarşısında açız qalaraq dərhal masa üzərində hazırlanmış şikayət məzmunu olmayan ancaq təklifləri səsləndirməyə başlayıb və cavablandırıb. Daha sonra isə şikayətlərin çoxluğu və müxtəlif ərazilərdən yazılmasını görən Ruslan Əliyev cablı bağlantını dayandırıb şikayətlərin daha sonra oxunub cavablandıracağını bildirb.

Canlı bağlantı zamanı yüzlərlə abonent qazın verilməməsi və yaxud zəif təziqlə verilməsi ilə bağlı şikayətləniblər, və bildirblər ki “Azəriqaz”ın qaynar qəttinə zəng etməklərinə baxmayaraq heç bir tədbir görülmür. //atia.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru