Xaricdən alıb taladıqları borcu xalqa ödətdirirlər

8-02-2021, 10:13           
Xaricdən alıb taladıqları borcu xalqa ödətdirirlər
2021-ci il dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərcləri ilə bağlı 2 milyard 31 milyon 700 min manat vəsait ayrılıb. Bu əvvəlki illə müqayisəsə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir. Bu məbləği əslində icraçılar- "Azərsu" , "Azərenerji", "Azal", "Azərbaycan dəmir yolları", "Meliorasiya və su təsərrüfatı", "Azəravtoyol" və başqaları qaytarmalı idi, amma onların əvəzindən büdcə- yəni biz, siz, vergi ödəyciiləri ödəyir. Bu məbləğ hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı. Hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır ki, bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır.
Cədvəldə bu ildən sonra xarici borcların qaytarılması qrafiki təqdim olunur. Bu isə o deməkdir ki, dövlət məmurlarının villaya, qızıla, briliyanta, ailə biznesinə və səyahətlərinə xərclərdiyi, xarici banklarda depozitə qoyduğu xarici borcları yalnız biz deyil, gələcəkdə övladlarımız da onların əvəzindən qaytaracaq.
Baxın, cədvələ diqqətlə baxın, özünüz görəcəksiniz.

P.S. Cədvəl Hesablama Palatasının məlumatları əsasında hazırlanıb.
Qubad İbadoğlu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.