16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM

22-03-2021, 13:25           
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Əfv sərəncamından sonra azadlığa çıxmış keçmiş məhbus ölkə həbsxanalarındakı vəziyyətə diqqəti çəkib.
Gununsesi.info-nun xəbərinə görə, xüsusilə, 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar bu müəssisədə dəhşətli işgəncələrin olmasına dair xəbərlər yayır , bununla bağlı xəbərlər artıq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Həmin məlumatlarda iddia olunur ki, 16 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Eminəliyev məhkumlara işgəncə verir.
Hətta bəzi keçmiş siyasi məhkumlar onun bir sıra psixoloji probleminin olduğunu da iddia edərək, əlavə edirlər ki, Emin Eminəliyev ondan edilən heç bir şikayətlərə əhəmiyyət vermir. Onun işgəncə metodları barədə yazan keçmiş məhkumlar qeyd edir ki, ən alçalıdıcı üsullarla məhbuslara işgəncələr verir. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensianer Xidmətin mövqeyini öyrənməyə çalışsaq da qeyri-iş günləri olduğundan bu cəhdimiz baş tutmadı.
Adı çəkilən qurumun da mövqeyini işıqlandırmağa da hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru