Milyonlar xərclənən körpü görün nə günə düşdü-FOTOLAR

29-03-2021, 00:33           
Milyonlar xərclənən körpü görün nə günə düşdü-FOTOLAR
Goranboyda güclü yağış nəticəsində yaranan sel suları körpünün ətrafından keçən yola dolub.

Kanal32.az xəbər verir ki,minik maşınları idarə edənlər xoş olmayan “süpriz”i görüb geriyə qayıtmağa məcbur olur.Dayanacağa, səkiyə qalxan su lil qatı ilə bərabər piyadalarında hərəkətini də çətinləşdirib. Bəzi sürüclər isə avtomobilini kənarda saxlayıb müxtəlif vasitələrlə körpünün ətrafına dolan suyun azaldılmasına çalışır.



Ötən gün günün ikinci yarsında güclənən yağış Goranboyda çətinlik yaradıb.Görüntülər Goranboyun Boluslu kəndi ərazisində inşa edilən, Bakı-Qazax avtomagistralı üzərindəki körpünün ətrafında lentə alınıb. Hətta həmin ərazidən keçən sürücülərdən biri avtomobilin qeydiyyat nişanını da itirib.



Tərtər, Naftalan şəhərlərindən gələn sürücülər sözügedən körpüyə qalxmaqla Gəncə-Qazax-Gürcüstan istiqamətinə, körpüyə qalxamadan isə Yevlax, Mingəçevir, Bakıya hərəkət edə bilirlər. Goranboy sakinləri bildirir ki, aramsız yağan yağışdan sonra körpünün ətrafı belə vəziyyətə düşür.

Qeyd edək ki,10 milyonlarla vəsait xərclənmiş körpünün hər iki tərəfinə dolan su, yağış gücləndikcə daha da artır. Adiyyatı qurumlar isə mövcud problemin həll edilməsi üçün hələ ki, addımlar atmağa tələsmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.