"Ölkə nə qədər "paralelləşəcək" axı?!"

31-03-2021, 07:06           
"Ölkə nə qədər "paralelləşəcək" axı?!"
Ölkə nə qədər "papalelləşəcək" axı?! Prezident özü dedi ki, dövlət şirkətləri zay çalışlr, izafi xərcləri var, büdcədən dotasiya alırlar, gəlirlə işləmirlər. Xub, bura qədər razı, zatən illərdir dediyimizin etirafını eşitdik, sonra qərarlar verildi, korrupsiyaya bulaşmış, inhisarçı olmasına baxmayaraq ziyanla işləyən, dotasiya alan şirkətləri əvvəl İnvestisiya Holdinqinə verdilər, sonra onlara Mişahidə Şuraları təyin edildi.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır, komediya odur ki, həmin Şuralara nazir və digər məmurlar təyin edilir, halbuki, onlar normal işləyib nəzarət və təsir mexanizmləri yaratsaydılar, dövlət şirkətləri normal çalışardılar. Yaxşı, bunu da keçdik, bu MŞ-nın səlahiyyəti şirkətləri idarəetmədirsə, o zaman şirkətlərin prezidentləri, vitse-prezidentləri, idarə müdirləri nə işlə məşğul olacaq?! Məsələn, bu gün ölkədə hər kəsin zəhləsini tökmüş AZAL-a MŞ-ı təyin edildi, əla, bəs AZAL prezidenti və onun müavinləri nə işlə məşğul olacaqlar?
Lülə qurudacaqlar?! Yaxşı, onlar yerlərində qalıb yenə qərarlar verəcəklərsə MŞ-ı nə işlə məşğul olacaq?! Tutalım, MŞ-ı qərar verəcək, AZAL CEO-ları isə icra edəcəklər - bu zaman məsuliyyəti kim daşıyacaq?!
Məsələn, qərar səhv olsa AZAL CEO-ları nə etməlidi, qərar doğru, icraat səhv olsa AZAL rəhbərliyinin məsuliyyəti nə olacaq?! Yox əgər MŞ-ı özü qərar verib, özü də yerinə yetirməsinə nəzarət edəcəksə, AZAL rəhbərliyinin səlahiyyətində hansı məsələlər qalacaq?! Hər şeyi MŞ-ı edəcəksə AZAL rəhbərliyi niyə qallr, yox əgər AZAL CEO-ları yenə iş başında olacaqsa bu MŞ niyə yaradılır?! Multfilmdi.
Bu "paralel" idarəçilik ölkəyə böyük ziyan vuracaq, məndən deməsi...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.