“Rayonlarda kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur”

8-04-2021, 13:06           
“Rayonlarda kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur”
"Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər".

Bunu İqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında yazıb.

V.Bayramov bildirib ki, Mərkəzi Bankın məlumatına görə, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır: "Yəni, Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu iqtisadi rayon üzrə orta kredit faizi 24.25-dir. Uyğun olaraq, Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır.

Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəştlərin verilməsi mexanizmdən istifadə oluna bilər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.