5 nömrəli xəstəxanada murdarçılıq, tibb bacıları dilənçi günündədir - FOTOLAR

8-04-2021, 16:03           
5 nömrəli xəstəxanada murdarçılıq, tibb bacıları dilənçi günündədir - FOTOLAR
"Necə aydır ki, xəstəxanaya düşə bilmirəm. Nəhayət güclə mart ayında 8 nömrəli poliklinikadan 5 nömrəli xəstəxanaya göndəriş aldım. Mart ayında hər dəfə xəstəxanaya gələndə deyirlər ki, yerimiz yoxdur. Apreli 1-də tibbi sığorta olacaq bütün dərmanla sığorta hesabına veriləcək. Məndə razılaşdım və fikirləşdim ki, şükür Azərbaycan düzəlib. Halbuki Azərbaycan səhiyyəsi düzələn deyil".


Regionnews.az-a bunu Baki sakini, 1965-ci il təvəllüdlü Malik Fərzəliyev deyib. O, klinikadakı vəziyyətdən, biganəlikdən şikayətçidir:

" Aprelin 1-i məni nevrologiya söbəsində 412 nömrəli palataya yerləşdirdilər. Analizləri vermişəm, koronavirusa qarşı da test olunmuşam. Amma heç bir müalicə aparılmır Həkimlər gəlib təzyiqi ölçüb gedirlər. Həkim yanıma gəldi və dedi ki, bizdə dərman, tibb ləvazimat yoxdur. Siz özünüz öz cibinizdə alın. Palatalar bərbad vəziyyətdədir. 8 gündür ki, klinikadayam, amma müalicə aparılmır. Yalnız şəxsi hesabıma dərmanları almalıyam. Mənim isə buna maddi vəziyyətim imkan vermir. Gözə pərdə çəkmək üçün kosmetik rəngləmə aparırlar, xidmət isə bərbaddır. Palatalar, reanimasiya şöbəsində hər yan murdarçılıq, tibb bacıları dilənçi vəziyyətindədir.".

Şikayətçinin fikirləri ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.