“Problemlər çozülməsə, həmin 79 nöqsanın xeyli hissəsi qalmaqda davam edəcək…”

14-04-2021, 00:03           
“Problemlər çozülməsə, həmin 79 nöqsanın xeyli hissəsi qalmaqda davam edəcək…”
”Kənd təsərrüfatında çalışanların xeyli hissəsi subsidiya ala bilmir”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirsi zamanı deputat Əli Məsimli deyib.

Əli Məsimli öz çıxışında Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində aşkarladığı nöqsanlardan bəhs edərkən bildirib ki, seçicilərlə görüşlər zamanı tez-tez qaldırılan bir məsələ- sübsidiya məsələsi Hesablama Palatasının həm keçən dəfəki və həm də bu hesabatında geniş yer alıb.Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb. Mineral gübrələrin və pestisidlərin dəyərinin güzəşt olunan hissəsi ilə bağlı 7 nöqsan, subsidiya üzrə isə 18 nöqsan, aşkarlanıb. Bü sahədəki bütün 79 nöqsanın xeyli səbəbi var.Onların arasında kənd təsərrüfatı torpaqlarının mülkiyyət məsələsindəki problemlər daha ciddi rol oynayır. Bu baxımdan kənd təsərrüfatında torpaq mülkiyyəti sahəsindəki problemlər çozülməsə, torpaq münasibətləri sahmana salınmasa, həmin 79 nöqsanın xeyli hissəsi qalmaqda davam edəcək.”

Millət vəkili sözügedən nöqsanara aradn qaldırılmasının optimal yolu barədə danşarkən xüsusi vurğulayb ki, “fəaliyyətimizdə nəticələrə qarşı yox, həmin nəticəni doğuran səbəblərə qarşı mübarizəni gücləndirmək-işimizin effektini artırar.

Ə.Məsimli öz çıxışında bununla əlaqəli digər vacib məsələyə diqqət çəkdi:

“Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi olduğundan subsidiya ala bilmir. Ona görə də torpaq mülkiyyəti münasibətlərini səhmanlamaq lazımdır.” Bununla yanaşı deputat fermerlərə verilən subsidiyalar üzrə ödəmələrin gecikdirilməsinin aradan qaldırılması və bu prosesdə şəffaflığın artırılması istiqamətində tədbirlər görülməsini də vacib hesab etdi.

Əli Məsimli seçicilərlə görüş zamanı qaldırılan bu qəbildən olan digər məsələlərə də toxunaraq mineral kübrə, herbisid, pestisid və sairin satışının inhisardan çıxarılması, süni qiymət artımının qarşısının alınması istqamətlərində də təsirli tədbirlər görülməsini zəruri hesab etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.