"Rayon yeridir, əhalinin çoxu işləmir..." - Tovuzun axundu rayonda narazılıq yaradıb

15-04-2021, 14:51           
"Rayon yeridir, əhalinin çoxu işləmir..." -
Tovuz sakinləri rayonun axundu Hacı Nərimandan narazılıq edirlər. REPORTYOR.info xəbər verir ki, sakinlərin narazılığı dəfn xərclərinin baha olması ilə bağlıdır. “Meyiti yuyub kəfənləmək 80 manatdır. Əlavə olaraq da 30 manat maşın pulu tələb olunur. Rayon yeridir, əhalinin çoxu işləmir, imkanları aşağıdır. Amma bu, axundu maraqlandırmır”, – deyə sakinlər bildirir.

Sakinlərin iddiasına görə, axund məscidi faktiki olaraq şəxsi təsərrüfatı kimi istifadə edir. “Bu qiymətləri onun özü müəyyənləşdirib. Yəni, burada hansısa qanuna istinad olunmayıb. Ümumiyyətlə, bu məsələlər qanunla tənzimlənmir. Ona görə də Hacı Nəriman kimi axundlar bundan sui-istifadə edir”, – sakinlər deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru