İndiyədək neçə şəhid övladına 5 min manatlıq hesab açılıb?

16-04-2021, 00:11           
İndiyədək neçə şəhid övladına 5 min manatlıq hesab açılıb?
Vətən Müharibəsinin başladığı 27 sentyabr tarixindən bu günə qədər dünyaya gələn 57 şəhid övladının adına 5 min manatlıq bank hesabı açılıb.

Sfera.az xəbər verir ki, bu barədə azvision.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondundan ("YAŞAT” Fondu) məlumat verilib.

Bildirilib ki, şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə hər anaya 1000 AZN təqdim olunub və körpələrin adına 5000 AZN-lik hesab açılıb. Hesablara vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülüb. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır və şəhid övladları 18 yaşına çatdıqdan sonra yığılan vəsaiti özü hesabından çıxara biləcək.

Bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda vəsaiti hesabdan daha tez çıxarmaq mümkündür. Həmçinin ana vəsaiti istənilən valyutaya da dəyişə bilər.

Qeyd edək ki, ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsi noyabrın 10-da Azərbaycanın qələbəsi ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru