“Monopoliyanın qarşısı alınarsa, məhsullar 40 faiz ucuzlaşar” – Millət vəkili

16-04-2021, 21:22           
“Monopoliyanın qarşısı alınarsa, məhsullar 40 faiz ucuzlaşar” –
“Bu gün qiymət monopoliyasının qarşısı alınarsa, əsaslandırılmamış qiymət artımı tətbiq edilən məhsullar 40 faizədək ucuzlaşacaq”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında millət vəkili Əli Məsimli deyib.

“Neft və qaza əsaslanan iqtisadiyyatdan insan amilinə əsaslanan iqtisadiyyata keçmək üçün mütləq sahibkarlıq və rəqabət münasibətləri inkişaf etməlidir. Həmçinin kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatında payını artırmaq lazımdır.

Bu gün bu sahəyə qiymət monopoliyası təsir edir. İki istiqamətdə aparılan qiymət monopoliyası zamanı rəqibləri sıradan çıxarmaq üçün əvvəl qiyməti aşağı salıb, sonra qaldırırlar, ikincisi isə onları bazara buraxmırlar. Qiymət monopoliyasının qarşısı alınarsa, rəqabət mühiti tətbiq olunarsa, əsaslandırılmamış qiymət artımı olmayacaq və nəticədə qiymətlər 40 faizədək aşağı düşəcək. Bu gün əsaslandırılmamış qiymət artımı ümümi artımların 50 faizini təşkil edir”, – deyə o bildirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.