Azərbaycanda klinikalarda xəstələri belə soyurlar - Həkimlər səbəbləri açıqladı

17-04-2021, 08:29           
Azərbaycanda klinikalarda xəstələri belə soyurlar -
Kliniklara müraciət edən pasiyentlər həkim tamahkarlığının qurbanı olurlar. Həkimlər daha çox qazanmaq üçün xəstələri lazım olmayan müayinələrə göndərirlər.

Bakivaxti.az xəbər verir ki, bu iddia ilə həkim Şahin Məmmədov çıxış edib. Onun açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Labarator analizlərdən, həm instrumental müayinələrdən xəstəni göndərən, yönləndirən həkimlərə gizli faiz gedir. Bir çox həkimlərin lazım olub-olmadı xəstəyə bir sürü analizlər, KT müayinəsi başda olmaqla digər instrumental müayinələr yazması da buna görədir və reseptə lazımsız firma dərmanları yazıb doldurmaqla eyni şeydir”,-deyə Ş.Məmmədov bildirib.

Məsələ ilə bağlı həkim Adil Qeybulla Bakivaxti.az-a bildirib ki, həkim əməyinin düzgün qiymətləndirilməməsi neqativ hallara səbəb olub.

“Həkimin əməyi düzgün ödənilməsə neqativ hallar olacaq. Bu məsələ təkcə həkimlərə aid deyil. Hüquqşünası, müəllimi də belədir. Həkim əməyinin qarşılığını alsa,.. İcbari tibbi sığortanın tətbiqi həkimlərin əməyinin heç olmasa optimal qiymətləndirilməsidir. Bu məsələ təmin olunandan sonra həkimdən nəisə tələb etmək olar”, - deyə A.Qeybulla bildirib.

Həkimin sözlərinə görə, həkim-xəstə münasibətlərində mövcud olan neqativ halları icbari tibbi sığortanın tətbiqi aradan qaldıracaq: "Həkim nə qədər çox xəstə qəbul edəcəksə, gəliri də bir o qədər çox olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.