Milli Məclisin sədri Şuşa şəhidi ilə bağlı göstəriş verib FOTO

17-04-2021, 20:44           
Milli Məclisin sədri Şuşa şəhidi ilə bağlı göstəriş verib FOTO
Şəhid atasının müraciəti Şəki İnzibati Məhkəməsinə göndərilib

Şuşa şəhidinin atası Sərkər Pənahovun Şəki İnzibati Məhkəməsinə verdiyi vəsatətin nəzarətə götürülməsi haqqında müraciəti Milli Məclisin sədrinin göstərişi ilə sözügedən məhkəməyə göndərilib. Bu barədə şəhid atasına Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsindən bildirilib .

Xatırladaq ki, Ağsu rayonunun Yenilik kənd sakini Sərkər Pənahov Şuşa uğrunda Daşaltıda şəhid olan oğlunun iş ortağı ilə birlikdə kənd təsərrüfatı məqsədilə istifadə etdiyi torpaq sahəsinə icarə müqaviləsinin yenilənməsindən bələdiyyənin imtinasını Şəki İnzibati Məhkəməsi (hakim İlqar Cabbarov) tərəfləri çağırmadan qanuni sayıb. 24 fevral 2021 -ci il tarixli 2-1 (116)-103/2021 saylı qərar şəhid atasının marağına toxunduğundan 3-cü şəxs qismində işə cəlb edilməsi üçün məhkəməyə vəsatət verən fermer işin nəzarətə götürülməsini diləyib. Milli Məclisin sədrinə millət vəkili kimi üz tutan şəhid atasının müraciəti 14 aprel 2021-ci il tarixli 03/2/2934 saylı məktubla Şəki İnzibati Məhkəməsinə göndərilib. Yəqin ki, Qarabağ Vətən Torpağına Şuşada qanını-canını verən şəhidin Ağsudakı yurd-yuva torpağına hüquqları tanınar. Yoxsa...

...Şəhid Şuşada canını verib ki, Ağsudakı torpağından məhrum edilsin?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.