İnam Kərimovdan Sabirabad fermerlərinə SÜRPRİZ... - Əlavə pul toplanılır...

20-04-2021, 14:06           
İnam Kərimovdan Sabirabad fermerlərinə SÜRPRİZ... -
Redaksiyamız müraciət edən Sabirabaddan ola fermerlər Kəndə Təsərrüfatı Nazirliyindən (KTN) şikayətçidirlər. DİA.AZ-a danışan narazı kəndlilər bildirirlər ki, onlara KTN tərəfindən verilmiş və subsidiya ödənişləri üçün nəzərdə tutulan bank kartları ilə bağlı yeni hoqqabazlığa başlanılıb.

Sakinlər dia.az-a bildirir: "Belə ki, hər bir bank kartı olan kəndliyə yerli KTN işçiləri tərəfindən bildirilir ki, əgər bank kartlarını açıq tutmaq istəyirlərsə, əlavə olaraq 2 manat banka ödəniş etməlidirlər. Halbuki həmin bank kartları iki illik aktivdir və aktiv bank kartlarına görə ödənişin tələb olunması açıq-aşkar talançılıqdır".

Sakinlər bildirir ki, Sabirabadda ən azından 20 min sakin pay torpağına görə bu cür bank kartına sahibdir və bu hesabla yerli KTN-nin 40 min manatlıq korrupsiyasından söhbət gedir: "Ən azından 40 min manatı qanunsuz olaraq ciblərinə ötürmək istəyirlər. Real rəqəmlər isə bundan artıq olar, nəinki az..."

Narazılıqla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru