Eks deputatın katibəsi ilə videosu BARƏDƏ... – Aslan İsmayılovdan PƏRDƏARXASI MƏQAMLAR

22-04-2021, 14:46           
Eks deputatın katibəsi ilə videosu BARƏDƏ... –
YAP Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı sosial şəbəkələrdə qeyri-əxlaqi görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, həmin görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. Ümumiyyətlə, son dövrlər insanlar bu tip ajiotaj doğuracaq videolarla tez-tez rastlaşırlar.

Maraqlısı budur ki, belə videolar Azərbaycanda əhəmiyyətli və pozitiv hadisələrə paralel gündəmə gətirilir. Elə Cəmil Həsənlinin qızının ilk intim videoları da təhlükəsizlik orqanların yaranma günündə ortaya atıldı. Bununla kimlərsə məsuliyyəti təhlükəsizlik orqanlarının üzərinə yıxmağa çalışdı. Amma əslində hər şey fərqli idi və işin arxasında kimlərin olması barədə şübhələr zamanla başqa istiqamətə yönəldi.

Günel Həsənlinin videoları ilə effekt əldə edə bilməyən “qüvvələr” indi də 3 dəfə deputat olmuş, Yeni Azərbaycan Partiyasının üzvü Hüseynbala Mirələmovla gündəmi zəbt etməyə səy göstərdi. Əlbəttə, Hüseynbala kimi yaşlı bir ziyalının görüntülərdə əks olunan davranışları qəbul olunmazdır.

Bundan başqa, belə hərəkətlərlə o, yetişən gəncliyə yaxşı örnək olmayacaq. Bu videoda Azərbaycandakı “katibə-müdir ünsiyyəti”nin əhalidəki narahatlığı bir daha qabarır. Eks deputatın köməkçisi görüntüləri montaj adlandırıb. Hər halda bu cür videoların əsl məqsədi başqadır. Belə ki...


“Bunlar hamısı təsadüfi deyil. Belə videoları Azərbaycan hakimiyyəti yaymır. Sual verilməlidir ki, bu hadisə olubsa, kimə lazımdır” sözləri ilə saytımıza açıqlamasını başlayan tanınmış vəkil Aslan İsmayılov bildirdi ki, belə videolar hökumətin əleyhinədir:


“Bunu, Azərbaycana qarşı olan düşmən qüvvələr, düşmən dövlətlər burada olan öz əlaltıları vasitəsilə həyata keçirirlər. Ona görə, Azərbaycan ictimaiyyəti buna hazırlıqlı olmalıdır.

Rusiyanın, İranın bugünkü azğınlığı onu deməyə əsas verir ki, onlar nəyin bahasına olursa olsun, Azərbaycanın müstəqilliyini yox etmək istəyirlər.

Buna görə də niyyətləri ölkəni daxildən dağıtmaqdır. Bu gün kimlərsə bilmədən, bəziləri isə bilərəkdən həmin o düşmənlərə qulluq edirlər”.

Aprelin 21-i səhər saatlarında Eldar Mahmudovun istintaqa çağırılması xəbərləri ilə Hüseynbala Mirələmovun biabırçı videosunun yayılmasındakı ümumi cizgiyə gəlincə, Aslan İsmayılov bildirdi ki, “Mən bilmirəm, indi Eldar Mahmudovun dəstəsidir, kimin dəstəsidirsə, birmənalı deyirəm ki, bu, Azərbaycana düşmən olan qüvvələrin işidir. Bundan dolayı, hər kəs ayıq-sayıq olmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.