Nizami rayonunun Naxçıvani sakinlərinin narazılığı - "vosmoy bazarı" yaxınlığında...

23-04-2021, 00:03           
Nizami rayonunun Naxçıvani sakinlərinin narazılığı -
Nizami Rayon İcra Hakimiyyəti: “Sakinlərdən şikayət daxil olubsa, araşdırılıb tədbir görüləcək”
img
“Havaların isinməsi ilə əzablı günlərimiz də başlayır. Üfunət iyindən qapı-pəncərəni açıq qoya bilmirik. Bir tərəfdən həşəratlar, digər tərəfdən də zibilə yığılan sahibsiz it-pişiyin əlindən bezmişik”. Bu barədə Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında – Naxçıvani küçəsində yaşayan Fərid Babayev bildirib.

Onun sözlərinə görə, gecələr tullantılar binaların həyətinə atılır, üstəlik, sahibsiz heyvanlar zibilləri bloklara qədər daşıyırlar.

“Bazarın səs-küyü azmış kimi, natəmizlikdən də boğaza yığılmışıq. Dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə, bazar rəhbərliyinə şikayət etmişik, ancaq bir nəticəsi olmayıb. Hətta əvvəllər gecələr növbə ilə keşik çəkirdik ki, tullantıları həyətə, binanın yan-yörəsinə atmasınlar. Bir az külək olan kimi sellofan torbalar göydə uçuşur. Həmçinin, çox maşınlarla mal gətirib satanlar, gecəni bazarda keçirənlər tullantıları ətrafa atırlar. Mal-qara kəsilir, başı küçəyə qoyulur, qanı küçəyə axıdılır. Balığın içalatı təmizlənir, çirkabı küçəyə axıdılır. Küləkli havada evdə oturmaq mümkün olmur”.

Sakinlər onu da bildirirlər ki, tullantıların yığılması üçün əraziyə xüsusi zibil qabı qoyulmur. Zibil qabı olmadığı üçün ərazidə olanlar tullantıları necə gəldi, hara istədi atırlar. Nəticədə isə ərazidə natəmizlik yaşanır.

“Tullantıların vaxtlı-vaxtında daşınması ilə bağlı problem yoxdur”
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, tullantıların vaxtlı-vaxtında daşınması ilə bağlı problem yoxdur. Sakinlərdən şikayət daxil olubsa, araşdırılıb tədbir görüləcək.
Baki xeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.