Beynəlxalq Bankın qanunsuz sədr müavini kimdir?

24-02-2016, 12:57           
Beynəlxalq Bankın qanunsuz sədr müavini kimdir?
Məlum olduğu kimi, fevralın 1-də Mərkəzi Bank pozuntulara görə “Texnikabank”ın lisenziyasını ləğv etmiş, fevralın 10-da isə məhkəmə onu müflis elan etmişdir. Həmin banka 2012-2015-ci illər ərzində rəhbərlik etmiş Ülvi Eldar oğlu Mansurov isə hazırda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavinidir. Halbuki, onun 3 il ərzində hər hansı bankın inzibatçısı (yəni idarə heyətinin üzvü və ya digər rəhbər vəzifə) olmağa hüququ yoxdur!

Belə ki, “Banklar haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki 1 il ərzində bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçı 3 il ərzində başqa bankın inzibatçısı ola bilməz.

Bəs onda niyə Mansurov indiyədək vəzifəsindədir? Mərkəzi Bank hara baxır? Niyə qanunu tətbiq edərək sözügedən şəxsi vəzifədən azad etmir? Niyə imkan verir ki, bir bankı əhalinin əmanətləri ilə birlikdə batırmış şəxslər başqa banklarda da fəaliyyət göstərsin? Bu gedişlə bank sisteminə etimad necə bərpa olunsuz axı?!

Əkrəm Həsənov, bank işi üzrə ekspert
Qaynar.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.