Supermarketlər kolxoz bazarlarını iflic duruma salıb – Fermerlər həyəcan təbili çalır
2-07-2021, 12:22

Azərbaycanda mavi qazın qiyməti qalxdıqdan sonra diqqət ilin əvvəlindən start götürən bahalaşma dalğasına yənəlib. REPORTYOR.info xəbər verir ki. yanvar ayında ərzaq məhsullarında qiymət sışrayışı müşahidə olunur və proses hələ davam edir. Bahalaşma bütün məhsullarda və xidmət sahələrində özünü göstərir.
Əməkdaşımızın kolxoz bazarlarında apardığı müşahidələr göstərir ki, meyvə və tərəvəzin də qiymətində ciddi artım var. Bu səbəbdəndir ki, bazarlarda alıcılıq qabiliyyəti aşağı düşüb.
Satıcılar qiymət artımını ən müxtəlif səbəblərlə izah edirlər. Bura daşınma xərclərinin, yer pulunun artmasından tutmuş inhisarçılığa qədər bütün amillər daxildir.
Bazarlarda araşdırma apararkən alıcılıq qabiliyyətinin aşağı düşməsinin başqa bir səbəbi də üzə çıxıb. Satıcılılar deyir ki, əslində alıcılıq qabiliyyətinə bahalaşmadan daha çox iri super marketlərin də kiçik bazarlar şəklində fəaliyyət göstərməsidir. “Super market açıb orada da meyvə və tərəvəz satırlar. Nəticədə camaah bazarlara gəlmir. Biz kəndlilər də məhsullarımızı sata bilmirik. Super marketlərdə əsasən xaricdən gətirilən meyvə və tərəvəzlər satılır. Bu da monopoliyadır. Gətirib məhsulları doldururlar ora, biz öz malımızı sata bilmirik. Bir tərəfdən də yer pulu, daşınma xərclərinin yaratdığı bahaçılıq”, – deyə məhsullarını bazarlara çıxaran fermerlər deyir.
Azərbaycanda “Araz”, “Rahat” və bu kimi supermarketlərdə meyvə və tərəvəzlərin də satıldığı faktdır. Həmin marketlərə isə demək olar paytaxtın hər bir hissəsində rast gəlmək mümkündür. Beləliklə,bu marketlər faktiki olaraq kolxoz bazarlarının fəaliyyətini iflic edib. Bunun zərbəsi isə fermerlərə dəyir ki, bu da kənd təsərrüfatının inkişafına ciddi manedir.
Fermerlər deyir ki, belə davam edəcəyi təqdirdə onsuz da bərbad vəziyyətdə olan aqrar sektor daha acınacaqlı duruma düşə bilər.
Gülay