Federasiya 23 yaşlı çempionu pensiyaya göndərir - VİDEO

5-07-2021, 15:46           
Federasiya 23 yaşlı çempionu pensiyaya göndərir - VİDEO
2014-cü ildə gənclər arasında keçirilən Avropa çempionatında 148 kiloqram ştanqı qaldırarkən ciddi zədələndim. Dirsəyim qopdu, ştanq belimə düşdü. Yarışın formatı mənə uyğun olmasa da, Azərbaycan üzrə bütün yaş qruplarında ən güclü idmançı olduğum üçün bu çempionata göndərildim. İdman Federasiyası isə artıq əlil olduğuma görə maaşımı verməkdən imtina etdi.

Bu sözləri 23 yaşlı Avropa çempionu Rüstəm İmanzadə deyib:

“Federasiyada pul olmadığı üçün əlillik kağızı almağa və təqaüdə çıxıb evdə oturmağa məcbur edirlər. Lakin mən buna etiraz etdim. Təqaüd almağım karyeramın bitməyi deməkdir. Mənim sağalmaq şansım var. Sağalandan sonra idmana qayıda bilərəm. Maaşımı sağalana qədər almaq istəyirdim. Çünki bu, mənim haqqımdır”.


R.İmanzadə bildirib ki, 3 qızıl medal və 3 Avropa rekordunun sahibidir. 2013-cü ildə Avropanın ən güclü idmançısı, 2014-cü ildə klublararası dünya çempionu, yeniyetmələr arasında ağırlıqqaldırma üzrə dünya birincisi seçilib: “Vətənə xidmət borcum qalıb. Sağalandan sonra ilk edəcəyim iş əsgərlik borcumu yerinə yetirmək olacaq. Sonra yarışlara davam etmək istəyirəm. Bunu bacarmış olsam tarixə keçən ilk azərbaycanlı idmançı olacağam. Yenidən ayağa qalxmağım üçün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənə dəstək göstərəcəyinə inanıram”.
moderator












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.