39 saylı şəhər Poliklinikasında anarxiya

25-08-2021, 00:00           
39 saylı şəhər Poliklinikasında anarxiya
Bir tərəfdən hər kəs insanları peyvənd olmağa, ölümcül virusdan qorunmağa səsləyir. Digər tərəfdə ölkə səhiyyə sistemi çökmüş vəziyyətdə. Bu gün saat 4-5 arası Yasamalda 39 saylı Şəhər Poliklinikasında gördüyüm anarxiyanı sözlə təsəvvür etmək mümkün deyil.
Eyni saata yüzlərlə şəxsi portalda qeydiyyatdan keçirib, poleklinikaya gəlib. Səhər 11-də də qeydiyyatdan keçən, 16-da da qeydiyyatdan keçən kağıza yazılıb əlinə dürtlüş nömrənin gəlməsini gözləyir. sırada 150-dən çox adam gözləyir. Yarı-qaranlıq, havasız dar koridorda 150 nəfər bir-birini sıxışdıraraq, zorla durub. Tək bir həkim və 1 tibb bacısı və 1 qeydiyyatçı həm peyvənd olmalı şəxsin müayinəsini aparmalı, həm qeydiyyatın aparıb, sistemə keçirməli həm də ona peyvənd vurmalıdır. İnfeksionisti isə saat 2-dək işləyirmiş- evə gedib.

Həkimə sual verib, durumu izah edirsən, dərhal özünə “nəzarətçi” deyən, adı-soyadı məçhul olan (açıqlamamaqda dirənən) bir şəxs dərdini izah edən vətəndaşa hücum edib, onu həbs etdirməklə hədələyir, təhqir edir.
Həkimə sual verirsən ki, bu özünə nəzarətçi deyib, ətrafa hədə-qorxu, təhqir yağdıran zatın adı, soyadı nədir? Həkim qorxaqcasına bilmirəm cavabı verir. Yəni bu o deməkdir ki, hansısa qeyri-qanuni şəxslər dövlətin poliklinikasını zəbt edib, vətəndaşlara hədə-qorxu gəlir.
Burdan Səhiyyə Nazirliyinə, TƏBİB-ə səslənirəm, təcili tədbir görün. Vətəndaşların peyvənd olmasına normal şərait yaradın, müraciətə uyğun həkim və tibb bacısı ayırın. İnfeksoinist həkimləri yarım gün işlətməyin. Dövlət xəstəxanasına, poliklinikasına ad-soyadı gizli olan qoçuları buraxmayın, onları məsuliyyətə cəlb edin.
39 saylı Şəhər Poliklinikasındakı anarxiyaya son verin!
Yazı Ələsgər Əhmədoğlunun FB səhifəsindən götürülüb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru