TƏBİB-lə bağlı ŞOK İDDİA - Qaraciyərdən əziyyət çəkən xəstə necə öldürüldü? - FOTO

27-08-2021, 15:20           
TƏBİB-lə bağlı ŞOK İDDİA -
“Hörmətli cənab Prezident, nəzərinizə çatdırmaq istəyirəm ki, böyük ümidlərlə yaratdığınız TƏBİB insanlarin sağalmasına deyil, ölməsinə səbəb olur”.

HURRİYYET.az xəbər verir ki, bu sözləri jurnalist İltifat Sultanov özünün facebook statusunda bildirib.

O daha sonra yazıb: “Avqustun 21-də qaynımı Bakı Sağlamliq Mərkəzinə yerləşdirdik. Orda ona heç bir analiz götürmədən koronavirus simptomları diaqnozu ilə Məhəmmədi kəndində koronavirus xəstələri üçün xəstəxanaya yerləşdirdilər. Amma 2 gün sonra vəfat etdi, səbəbini də koronavirus dedilər. Qaynım rəhmətə gedən gun analizlərinin cavabi gəldi ki, “Sizdə COVID-19 virusu aşkar edilməyib”. Qaynıma səhvən müalicə təyin edib xəstə qaraciyərinin siradan çıxmasına səbəb olan həkimləri cənab Prezident, kim cəzalandiracaq? Neçə gündür Səhiyyə Nazirliyinin telefonlarına TƏBİB-in mətbuat katibinin telefonlarina zəng edirəm, cavab verən yoxdur. Yaxin qohumum Binəqədidə COVID-19 testi verib, 5 gündü cavabını demirlər. Adam qorxusundan başqa müalicə vasitəsindən istifadə etmir ki, əks effekt verər. Öz vəzifəsinin öhdəsindən gəlməyən TƏBİB nə üçündür?”














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru