Kəmaləddin Heydərovun nəzarətində olan kommersiya qurumları məhkəmələrdən qurtula bilmir

9-09-2021, 19:44           
Kəmaləddin Heydərovun nəzarətində olan kommersiya qurumları məhkəmələrdən qurtula bilmir
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan kommersiya qurumları ard-arda məhkəməyə verilir.

Teref.az xəbər verir ki, son 2 ayda nazirə məxsus olduğu deyilən 10-na yaxın şirkət məhkəməyə cəlb edilib.

Əldə etdiyimiz məlumata görə, bu günlərdə Kəmaləddin Heydərovun nəzarətində olan daha bir kommersiya qurumu ilə bağlı məhkəmə iddiası qaldırılıb. Söhbət "Hajigabul Freenhouse” MMC-dən gedir. Şirkət barədə "Cargo.az” MMC iddia qaldırıb. Məhkəmə çəkişməsinin səbəbi daşıma müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatındadır.

"Hajigabul Greenhouse” MMC 26 dekabr 2016-cı ildə qeydiyyatdan alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mohammad Reza Nikbakht Sarvestanidir.

Şirkətin əvvəlki qanuni təmsilçiləri Aralov Boqdan Yuriyeviç və Muradov Cəmil Tahir oğlu olub. Cəmil Muradov hazırda "Gilan Holding” MMC-nin qanuni təmsilçisi və Baş direktorudur.

"Hajigabul Greenhouse” MMC-nin yerləşdiyi hüquqi ünvan - Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 - "Gilan Holding”in ofisidir. Qaynarinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru