Kürdəmirdə borokonyerlər meydan sulayır... - VİDEOFAKT

11-09-2021, 12:40           
 Kürdəmirdə borokonyerlər meydan sulayır... - VİDEOFAKT
Bolge.tv -nin əməkdaşları təbiətin mühafizəsi ilə bağlı reportaj hazırlayarkən Kür çayının Kürdəmir rayonundan keçən ərazisində, Çərtiyəz kəndində olublar.
Araşdırma aparan əməkdaşlarımız müşahidələr zamanı ərazidə çoxaylı qovaq ağaclarının kəsilməsinin ,tor ilə, quraşdırılmış vintillər vasitəsilə qanunsuz balıq ovunun, qazıntının şahidi olublar. Məsələ bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məlumatlandırlsa da heç bir tədbir görülməyib. Ümumiyyətlə bu tipli məlumatlar dəfələrlə Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzərinə çatdırılsa da qurum qanun pozuntuları ilə bağlı addım atmayıb.

Görünür Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin regionlarda ekologiyanın qorunması ilə bağlı tapşırılarını bəzi Regional Ekologiya və Təbii Sərvətlər İdarələri yerinə yetirmir. Lakin ümid edirik ,təqdim etdiyimiz kadrlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələ ilə bağlı ciddi tədbir görüləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru