"İdeal" saray: Restoranın adı ilə özünün heç bir əlaqəsi yoxdur - GİLEY

11-09-2021, 12:36           
"İdeal" saray: Restoranın adı ilə özünün heç bir əlaqəsi yoxdur - GİLEY
Yasamal rayonunda yerləşən "İdeal" sarayı haqqında şikayət var.

Sonxeber.az-ın məlumatına görə, Vüsal Quliyev (ad şərtidir) adlı şikayətçi "İdeal" sarayının personalı daxil olmaqla, hər bir detalından narazıdır.

O bildirir ki, personalın 90 faizi "vorzakon"dur:

"Şikayətim sarayın personalındandır. Bir qəpiklik yer deyil: yeməkləri, içkiləri, podvalda bağlanan suları, araqları. İşçilərə hər hansı xırda irad bildirən, söz deyən kimi "Sən mənimlə elə danışa bilmərsən!", "Sən bilmirsən, mən kiməm!", "Biz beləyik!", "Bizdə belədir!" kimi ifadələr işlədirlər".

Şikayətçinin sözlərinə görə, toyda iylənmiş kabablar verilir:

"Bir qonaq çağırıb dedi ki, kabab iylənib. Doğrudan da elə idi. Kimə şikayət etsək də, müdriyyətə belə, bildirsək də, heç bir tədbir görülmədi. Ancaq "vorzakon" kimi jarqon ifadələr işlətdilər. Burada müştəri məmnuniyyəti nəzərə alınmır, müdriyyətdən ofisianta kimi - heç kimin vecinə deyil"

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru